NASA: Yer kürəsində “Kiçik buz dövrü” təkrarlana bilər

152

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iqlimə dair aparılan yeni araşdırmalarla bağlı hesabat yayıb. Hesabatda Yer kürəsinin gələcək taleyi ilə əlaqədar həyəcan doğuran məqamlar öz əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, tədqiqatın nəticələrinə görə, XVIII əsrdə baş vermiş “Kiçik buz dövrü” yenidən yaşana bilər. NASA mütəxəssisləri bu qənaətə Günəş ləkələri və Yer kürəsinin ən üst təbəqəsi olan termosferdə apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər. Belə ki, termosfer qatının soyuyaraq daraldığı, günəş ləkələrinin isə ən aşağı hərəkətlilikdə olduğu müəyyənləşib. Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlimə təsir edir. Termosfer qatı hərəkətlilik çox olanda isinir, azalanda isə soyuyur. NASA alimləri belə bir fakta üç əsr əvvəl rast gəlindiyini və o dövrün tarixə “Kiçik buz dövrü” kimi keçdiyini deyiblər. Əgər vəziyyət belə davam edərsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: