Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırıldı

1. 848

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 10-da imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I.Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II.Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3.“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: