Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin edilib

642

NUHÇIXAN xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə yeni hakimlər təyin olunub. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgər Novruzovun,  Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyevin və  Kəngərli rayon Məhkəməsinin sədri Əhliman Xıdırovun  vəzifələri dəyişdirilərək onlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin ediliblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: