Naxçıvan Beynəlxalq Hava Limanında müşavirə keçirilib

1. 038

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən müşavirədə payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və  qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək bildirib ki, sərnişinlərin rahatlığının, uçuşların aviasiya təhlükəsizliyinin təmin olunması məqsədilə ayrı-ayrı xidmət sahələrinin işinin tənzimlənməsi, mövsümə hazırlıqla bağlı mal-material, həmçinin  ehtiyat hissələrinin alınmasına start verilib. Hava limanının qazanxana kompleksində istilik şəbəkəsinin, nasos stansiyalarının, nəzarət ölçü  cihazlarının  yoxlanılması diqqət mərkəzində saxlanılır. Xüsusi  avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücülərin bilik səviyyəsinin yoxlanması, texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması məqsədilə  maarifləndirmə işləri davam etdirilir.

Qeyd olunub ki, ən vacib məsələlərdən biri soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz enib-qalxmasının təmin olunmasıdır.  Aerodrom təminatı sahəsi bu istiqamətdə ardıcıl hazırlıq işləri aparır. Aerovağzal kompleksi və yardımçı binaların uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanması reqlamentə uyğun aparılır. Uçuşların elektrik-işıq texnikası ilə təminatı xidmətinin mühəndis-texnik heyəti mövsümə hazırlıqla əlaqədar maarifləndirilir.

Sonra məruzə ətrafında çıxışlar olub.

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: