Naxçıvan gömrükçüləri Belarus komandasını məğlub etdi

817

Belarusun Brest şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq birincilikdə çıxış edən Azərbaycan gömrükçüləri növbəti görüşünü bu gün Belarus komandasına qarşı keçirib.

NUHÇIXAN xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən üstün şəraitdə keçirərək 2:0 hesabı ilə qalib gəlib. Bu, komandamızın  turnirdə ikinci qələbəsi olub.

Gömrükçülərimiz bundan əvvəl Ermənistan komandasını 4-0 hesabı ilə darmadağın etmişdilər; Rusiya, Ukrayna və Brest komandalarına isə məğlub olmuşdular.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Ermənistan və Brestin yerli  komandalasının qatıldığı yarış bu gün yekunlaşıb. Brest komandasının birinci olduğu turniri komandamız dördüncü sırada bitirib. Yarışı sonuncu sırada bitirən Ermənistan isə turnirin altıncısı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: