Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb

560

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Krönerə təşəkkür edib. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin olunduğunu və “Araz” Su Anbarının çirklənməsinin qarşısının alındığını bildirən Ali Məclisin Sədri həmçinin layihənin yerli mütəxəssislərin hazırlanması işindəki əhəmiyyətini vurğulayıb.

“BİOWORKS” şirkəti tərəfindən Şahbuz Təmizləyici Qurğusunun tikintisinin həyata keçirildiyini bildirən Ali Məclisin Sədri əməkdaşlıqdan razılığını ifadə edib və şirkətin kollektivinə uğurlar arzulayıb.

Peter Kröner fəaliyyətlərinə verdiyi yüksək qiymətə və layihənin icrası zamanı göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Naxçıvan şəhər Təmizləyici Qurğu Kompleksinin texnoloji quruluşuna görə Avropada ikinci qurğu olduğunu bildirən qonaq Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olduğunu, bu cür layihələrin icrasını və yerli mühəndislərin hazırlığını inkişafın nəticəsi kimi dəyərləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: