Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

2. 594

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin noyabr ayında bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il 3 noyabr tarixli qərarları ilə “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nda, “Elektrik enerjisindən istifadə Qaydaları”nda və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli qərarları ilə “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib, “Rayon mədəniyyət saraylarının Nümunəvi Tədbirlər Planı” təsdiq edilib.

Bundan başqa, Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli Qərarı ilə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin Əsasnaməsi” təsdiq edilib. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli qərarları ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə dəyişikliklər edilib, Naxçıvan Turizm İnformasiya Mərkəzinin və “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin əsasnamələri təsdiq edilib.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: