Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi təsdiq edilib

355

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi aşağıdakı kimi təsdiq edilib:

1.Əli Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

2.Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

3.Gözəl Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri

4.İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri

5.Əhliman Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi

6.Sənan Qarayev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının hakimi

7.Aytən Məmmədova Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

8.Ayaz Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qanunvericilik bölməsinin rəisi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: