Naxçıvan növbəti dəfə də ölkə üzrə investisiya reytinqinin lideridir

123

Nüfuzlu Caspian European Clubun dəstəyilə fəaliyyət göstərən Caspian Energy İnternational Media Group bu il üçün  Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Ən yüksək ümumi bal toplayan Naxçıvan Muxtar Respublikası regionlar arasında yenə də lider olub. Bununla bağlı qurumdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məktub ünvanlanıb. NUHÇIXAN izləyiciləri  həmin məktubun mətni ilə tanış edir:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə

İcazə verin diqqətinizə çatdıraq ki, Caspian European Clubun dəstəyilə fəaliyyət göstərən Caspian Energy İnternational Media Group Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Reytinq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatların nəticələrini əks etdirir.

Ən yüksək ümumi bal toplayan “Naxçıvan Muxtar Respublikası” regionlar arasında lider olub. Caspian European Club dünyanın 70-dən çox ölkəsindəki üzvləri, həmçinin beynəlxalq Caspian Energy Jurnalının oxucuları adından Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edir və dünyanın 70-dən çox ölkəsində yayılan beynəlxalq Caspian Energy Jurnalının xüsusi buraxılışının ölkə iqtisadiyyatının flaqmanı hesab olunan Naxçıvanın iqtisadi inkişafına həsr olunmasını təklif etmək istəyirik.

Jurnalın sözügedən xüsusi buraxılışında Sizin eksklüziv müsahibənizi, həmçinin Naxçıvan Muxtar Respublikasının müəssisə, zavod və biznes qurumlarının, onun beynəlxalq partnyorlarının reklam məlumatlarını yerləşdirməyi təklif edirik ki, bu da öz növbəsində Azərbaycanın və iqtisadi inkişaf sahəsində regionlar arasında lider seçilmiş Naxçıvanın iqtisadiyyatının investisiya cazibədarlığını nümayiş etdirmək imkanı yaradacaq.

Reytinqdə Azərbaycanın 10 iqtisadi regionu – Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xaçmaz iqtisadi rayonu, Aran iqtisadi rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu və Naxçıvan iqtisadi rayonu qiymətləndirilib. Regionlar 18 parametr üzrə 6 qrupa (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) bölünməklə sıralanıb.

Caspian Energy Jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışı dünyanın 70-dən çox ölkəsində dövlət və hökumət başçılarına, mötəbər beynəlxalq təşkilatların rəhbərlərinə, nəhəng neft-qaz şirkətlərinin top-menecerlərinə, MDB və Aİ ölkələrində keçirilən xüsusi sərgi və konfranslarda yayımlanacaqdır.

Caspian Energy Jurnalı Caspian European Club-un dəstəyi ilə fəaliyyət göstərir. Caspian European Clubun yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Hörmətlə,    

                                                     Caspian European Club-un və Caspian

                                                 Energy İnvestment Group-un Sədrinin

birinci müavini və Baş icraçı direktoru:

Telman Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: