Naxçıvan Televiziyası daha bir filmin çəkilişlərini başa çatdırıb

196

NUHÇIXAN xəbər verir ki, Araz-Türk Respublikasının 100 illiyinə həsr olunmuş “Araz-Türk Respublikası 100” filmi tamaşaçılara təqdim ediləcək. 

Filmdə Azərbaycanın dövlətçilik tarixinə nəzər salınır və 1918-ci ildə paytaxtı Naxçıvan şəhəri olmaqla Araz-Türk Respublikasının yaradılması, fəaliyyəti, hökumət strukturu və Naxçıvanın erməni quldur dəstələrindən qorunması istiqamətində görülən işlər arxiv sənədlərinin dili ilə ətraflı şərh olunur. 

Filmdə bəhs olunan tarixi dövrün tədqiqatçıları akademik İsmayıl Hacıyev, tarix üzrə fəlsəfə doktorları Musa Quliyev, Elçin Zamanov və 1918-ci illərin tarixi hadisələrinin canlı şahidi olan görkəmli ziyalı Lətif Hüseynzadə həmin tarixi dövr barədə məlumat verirlər. O cümlədən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 314-cü Fondunda qorunan arxiv sənədləri vasitəsi ilə Araz-Türk Respublikasının yaranması və fəaliyyəti tam işıqlandırılır.

Filmə oktyabrın 13-ü saat 18:25-də Naxçıvan Dövlət Televiziyasının efirində baxa bilərsiniz. 

Vaqif Ağalarov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: