Naxçıvan Universitetinin əməkdaşları Litvada təlim keçirlər

153

Dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən “Naxçıvan” Universitetində beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. NUHÇIXAN-ın məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq universitetin bir qrup əməkdaşı EQAC layihəsinin növbəti təlimində iştirak edirlər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilib. Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olub. Mərkəzin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat veriblər. Təlim iştirakçıları həmçinin,  Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə də tanış olublar.

Layihənin növbəti təlimində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, növbəti təlim noyabr ayının 11-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: