Naxçıvanda 10 il ərzində 4 qəsəbə və 127 kənd mərkəzi istifadəyə verilib

189

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2008-2018-ci illər ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 105 elm və təhsil müəssisəsi inşa edilib. Bunlardan 66-sı ümumtəhsil məktəbidir. Bundan başqa  201 inzibati bina, 22 nasos stansiyası, 106 subartezian quyusu, 56 körpü, 222 mədəniyyət, 123 səhiyyə müəssisəsi, 653 istehsal və xidmət sahəsi, 14 idman obyekti də tikilib istifadəyə verilib. Bu illər ərzində sosialyönümlü layihələrin  də sayı artıb. Əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 123 fərdi ev və bir sıra obyektlər inşa olunub.

Bundan əlavə, bu dövrdə 105 elm və təhsil müəssisəsi, o cümlədən 78 ümumtəhsil məktəbi, 98 inzibati bina, 27 nasos stansiyası, 20 subartezian quyusu, 31 körpü, 107 mədəniyyət müəssisəsi, 21 səhiyyə müəssisəsi, 15 idman obyekti və digər obyektlər yenidən qurulub.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2008-ci ildən 2018-ci ilin avqustuna qədər  muxtar respublikada 4 qəsəbə və 127 kənd mərkəzi istifadəyə verilib.
İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynayıb, 2008-ci ildən 2018-ci ilin iyulunadək  muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 3 milyon 282 min 500 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: