Naxçıvanda çimərlik mövsümü açıldı

1. 414

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilib. Bildirilib ki, çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib. Burada futbol və voleybol meydançaları da fəaliyyət göstərir.
Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidməti şərait yaradılıb. İnsanların istirahət etmələri üçün 20 ədəd çətir, 4 ədəd duş kabinəsi quraşdırılıb, 100 yerlik paltarsaxlama və 4 ədəd soyunub-geyinmə yerləri hazırlanıb. Burada restoran və digər xidmət sahələri də fəaliyyət göstərir.
Çimərlik hər gün səhər saatlarından axşam saat 20:00-dək açıq olacaq, Naxçıvan şəhərindən buraya və əks istiqamətə avtobus xidməti də fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: