Naxçıvanda peşə kurslarına maraq artıb

112

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində hazırda 13 qrupda 330 müdavim təhsil alır. Həmin qruplardan 2-si qadın, 11-i isə kişi qruplarıdır. Müdavimlərin sürücülük peşəsinə dərindən yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, məktəbdə 4 elektron lövhəli sinif, 2 avtotrenajor otağı və müasir tələblərə cavab verən yürüş təlim meydançası müdavimlərin ixtiyarına verilib.

Məktəbdə “BC”, “B”, “C”, “E”, “D” kateqoriyaları üzrə sürücülər hazırlanır.

Naxçıvan Şəhər Peşə Liseyində də müdavimlər müxtəlif  ixtisas üzrə kurs keçirlər. Hazırda liseydə bərbər-manikürçü, kişi bərbəri, qazanxana maşinisti, elektron lövhə istifadəçisi kursları fəaliyyət göstərir. Bu kurslarda 101 müdavim təhsil alır. Liseydə bu il noyabr ayının əvvəlindən ilk dəfə olaraq turizm agenti kursu fəaliyyətə başlayıb.

                                        Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: