Naxçıvanlı zəvvarlar Həcc ziyarətinə yola salınıb

892

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasından 30 zəvvar müqəddəs Həcc ziyarətinə yola salınıb.

Bu münasibətlə Naxçıvan Beynəlxalq Hava Limanında tədbir keçirilib. Tədbirdə muxtar respublikada dini dəyərlərə göstərilən qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən  danışılıb, zəvvarlara rahat ziyarət arzulanıb. Zəvvarlar isə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan  zəvvarları Bakı şəhərindən Səudiyyə Ərəbistanına yola düşəcəklər.

                                                                               Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: