Nehrəm kəndində yeni istehsal sahəsi yaradılıb

2. 204

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun  Nehrəm kəndindəki kəndli-fermer təsərrüfatında plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb.

Yeni yaradılan istehsal müəssisəsi ilə tanışlıq zamanı sahibkar  Rafiq Əliyev məlumat verib ki, muxtar respublikada plastik taralara olan tələbat nəzərə alınaraq Xalaoğlu kəndli fermer təsərrüfatı tərəfindən plastik taraların istehsalı müəssisəsi yaradılıb. Yeni müəssisə daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir. Bildirilib ki, burada bütün növ plastik taraların istehsalı və reklamlaşdırılması üçün lazımi avadanlıqlar quraşdırılıb. Muxtar respublikada fəaliyyət göstərən istehsal müəsissələrinin təlabatını tam ödəmək gücünə malik olan müəsissəsinin gündəlik istehsal gücü saatda 5 min taradır. Dövlət maliyyə dəstəyi ilə yaradılan müəssisə əlavə olaraq  respublikamızın digər bölgələrindən də sifarişlər qəbul edir. Fəaliyyətə az bir müddətdə başlamasına baxmayaraq artıq Gəncə şəhərindən Qubadan və Sumqayıt şəhərindən taraların sifarişləri qəbul olunub. Müəssisə bütün növ plastik taraların istehsalı imkanına malikdir.

Qeyd olunub ki, Nehrəm kəndində plastik tara istehsalı müəsissəsinin yaradılması dövlətin sahibkarlığın inkişafına verdiyi dəstəyin bariz nümunəsidir. Burada yeni bir sahənin-plastik tara istehsalı sahəsinin yaradılması rayonda təsərrüfat imkanlarını daha da genişləndirəcək.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov, Babək rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov və sahibkarlar iştirak ediblər. Sahibkarlar istehsal etdikləri məhsulların qablaşdırılması üçün yeni fəaliyyətə başlayan müəsissənin imkanlarından istifadə edəcəklərini deyiblər.

                                                                                        Vüsal Muradov

   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: