Naxçıvanda Mədəniyyət Nazirliyinin yeni strukturu təsdiqlənib

A- A A+

Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədri bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, muxtar respublika Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;

2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;

3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: