"Union" futbol klubu Polteri komandadan kənarlaşdırır

A- A A+

Almaniyanın "Union" futbol klubu pandemiya zamanında maaşların azaldılmasına razı olmayan hücumçu Sebastyan Polteri klubdan kənarlaşdırmağı qərara alıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər yayılıb.

Qeyd olunur ki, 29 yaşlı S.Polter rəhbərliyin maaşları azaltmaq qərarını dəstəkləməyən yeganə futbolçu olub. Oyunçunun müqaviləsi yayda başa çatsada ona razılaşma müddətinə qədər komandanın məşqlərində iştirak etməsinə icazə verilib.

S.Polter 2017-ci ildən "Union" klubunda oynayır. Komanda ilə 104 oyun keçirib və 46 qol vurub. İdmançı bundan əvvəl Almaniyanın "Volfsburq", "Mains", "Nürnberq" və ingilis "KPR" klubları üçün də çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: