Finlandiyalı sürücü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb

A- A A+

Formula 1 pilotu Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə komandanın mətbuat xidmətindən məlumat verilib.

Otuz yaşlı sürücü ilə razılaşma 2021-ci il mövsümü üçün nəzərdə tutulub. Növbəti mövsümdə o, artıq beşinci dəfə “Mercedes”in heyətində yarışacaq. Ötən illər ərzində V.Bottas 12 poul qazanıb, 39 dəfə podiuma yüksəlib (8 qələbə).

Onun “Mercedes”i təmsil etməyə başladığı mövsümdən bu yana komanda, ardıcıl olaraq Konstruktorlar kubokunun qalibi olub. Fərdi yarışda V.Bottas ikinci (2019-cu il) və üçüncü (2017-ci il) yerləri tutub.

Bu mövsüm finlandiyalı pilot 58 xalla ikinci yerdədir. Onun komanda yoldaşı Luis Hamilton isə 88 xalla liderdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: