Naxçıvan nümayəndəliyinin rəhbəri Belarus səfiri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin dəvətilə, bu ölkənin Bakıdakı Səfirliyinə gəlib. Görüşdə iki ölkə arasındakı yüksək səviyyəli, strateji münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə əməkdaşlıq imkanları, qarşılıqlı rəsmi səfərlər və digər sahələr ətrafında müzakirələr aparılıb.

Belarus Respublikasının ölkəmizdəki səfirliyi gələn il faşizm üzərində qələbənin 75 illiyi münasibətilə, Belarusiyanın müdafiəsində iştirak edən, Naxçıvan Muxtar Respublikasından olan, hazırda yaşayan 4 nəfər Böyük Vətən Müharibəsi veteranını "Belarus Respublikasının müdafiəsinin 75 illiyi" medalı ilə əvvəlcədən təltif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: