Oğullar əsgər gedir

312

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və Babək rayonunda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə  Çağırış Üzrə  Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünü qorumaq, torpaqlarımızın keşiyini çəkmək hər bir gəncin müqəddəs borcudur. Silahlı qüvvələr sıralarında xidmət edən hər bir gənc intizamlı olmaqla yanaşı, hərbi sirlərə də dərindən yiyələnməlidir.

Babək rayonunda keçirilən tədbirdə çıxış edənlər çağırışçılara hərbi xidmətdə uğurlar arzulayıb, Vətən torpaqlarının keşiyində şərəflə dayanmağı tövsiyə edib, məsləhət və tapşırıqlarını veriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

                                         Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: