Ordubad Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

95

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq, ssenarist Sabit Rəhmanın “Yalan” komediyasını rayon ictimaiyyətinə təqdim edib.

Komediyanın konfliktini dərin fəlsəfi köklü, ictimai mahiyyətli yalan təşkil edir. Tamaşa muxtar respublikanın teatrlarında ilk dəfə olaraq səhnəyə qoyulub.

Tamaşanın rejissoru, əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur. Yeni tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Şəhla Mirzəyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: