Ordubad Su Elektrik Stansiyasının inşası davam edir

213

NUHÇIXAN xəbər verir ki, Ordubad Su Elektrik Stansiyasında    derivasiya tipli kanal və su anbarı tikilir. Stansiyanın əsas işi  olaraq Araz çayı üzərində tutumu 1,5 milyon kubmetr olan su anbarında tikinti işləri sürətlə gedir. İnşa ediləcək su elektirik stansiyasının gücü 36 meqavatdır. Çəkilən su kanalının  uzunluğu 12 min 738 metr olacaq, su sərfi isə saniyədə 126,6 kubmetr təşkil edəcək.

Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq.

Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək.

                                                Vüsal Muradov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: