Payızın göz yaşları

116

Payız təkcə bar-bərəkət deyil, həm də poeziya fəslidir. Bu ayda təbiətdə baş verən əsrarəngiz dəyişmələr, ağacların yarpaqlarında təcəssüm olunan yeddi rəngin möcüzəsi, yağan yağışların səsi özü bir lirikaya çevrilir. Əksər şairlərin şeirlərinin qəhərəmanı da məhz Payız olur. NUHÇIXAN Naxçıvan Dövlət Radiosunun əməkdaşı, həmkarımız, şair Təranə Əliyevanın bu yaradıcılıq dolu fəslə həsr etdiyi bir şeiri poeziyasevərlər üçün təqdim edir:

Deyirlər, yağış yağacaq,

Payız yağışı….

Bax, axdı yenə payızın göz yaşları

Təbiətin köksünə.

Ağacların,

Otların,

Binaların,

İnsanların üstünə.

Quşlar da bu göz yaşlarından öz payını aldı,

Ağacların koğuşunda,

Kirəmitlərin altında qısılıb qaldı.

Təbiət qəmlənib yenə…

Yolur yetmiş yeddi rəngli saçını

Payızın göz yaşlarıyla.

Ümidlərimin, arzularımın yağışda yuyunub arındığı,

Payızın göz yaşlarında axıb getdiyi bir gündür.

Bir əlim çənəmin altında

Bir əlim  qara bir qələmin qanadından tutub.

Gözlərim payızın gəldiyi

Həm uzun, həm də çox qısa olan yollara baxır.

Bu payız günündə ,

payız yağışnın aramsız yağdığı bir vaxtda

Gözümdən payızın göz yaşları axır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: