Polşalı şagirdlər Azərbaycan nağıllarına illüstrasiyalar çəkiblər

61

Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, 169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim edilib.

Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı “Kəpənəyin nağılı”, “Tülkü və Hacıleylək” nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüstrasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.

“Tülkü və Hacıleylək” nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan Universitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: