Prezident İlham Əliyev: “Azerspace-2” peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir

107

Mən giriş sözümdə sənaye istehsalı ilə bağlı bəzi məsələləri qeyd etdim. Xüsusilə bu yaxınlarda orbitə çıxarılmış “Azerspace-2” peykini qeyd etmək istərdim. Bu, böyük nailiyyətdir. Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bizim indi 3 peykimiz var. “Azerspace-2” peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda, bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Peykin imkanlarından danışan dövlətimizin başçısı deyib: “Onu da qeyd etməliyəm ki, peykin imkanlarının demək olar yarısı, bəlkə də yarıdan çoxu artıq satılıb. Bundan sonra qalan təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı, o da bölüşdürüləcək. Bu, kommersiya baxımından çox əlverişli layihədir, özünü tam doğruldacaq və bizə böyük həcmdə valyuta gətirəcək. Bu, bir ixrac növüdür. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim indi 3 peykimiz vardır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: