Prezident Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən şəhidlərimiz şanlı bir dastan yazdılar

145

Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir və Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

Mərhum şair Bəxtiyar Vahabzadənin Türkiyə-Azərbaycan birliyini çox gözəl ifadə etdiyini deyən Rəcəb Tayyib Ərdoğan onun şeirini səsləndirib və deyib ki, ölkələrimizin birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir.

Türkiyə Prezidenti deyib: “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”.

1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibənin heç də adi bir hadisə olmadığını deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: