Qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının təhlili aparılır

91

Dövlət İmtahan Mərkəzində (DİM) cari tədris ilində oktyabrın 3-dən başlayan elmi-metodiki seminarlar davam etdirilir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, ötən həftə ümumi və tam orta təhsil bazasında buraxılış imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması və müzakirəsi başa çatıb. Bu materiallar yenicə çapdan çıxmış “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib.

Həmçinin seminarlarda aparılmış müzakirələr nəticəsində yeni təhsil proqramları (kurikulumlar) əsasında ali təhsil müəssisələrinə 2019-cu ildə keçiriləcək qəbul imtahanları üçün fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar müəyyənləşdirilib, proqramlar tərtib edilib və yeni tapşırıq nümunələri hazırlanıb. Bu materiallar seminarlarda təsdiq edilərək çap üçün redaksiyaya təqdim olunub.

Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında fənlər üzrə alt standartlar, qəbul proqramları və tapşırıq nümunələri dərc ediləcək.

Hazırda seminarlarda 2018-ci ildə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: