“Qalatasaray” Türkiyə çempionatında mövsümün ilk turunun açılış oyununda səfərdə rəqibinə qalib gəlib

146

Avqustun 10-da futbol üzrə Türkiyə Superliqasında 2018/2019-cu illər mövsümünün birinci turuna start verilib. Turun açılış oyununda ötən mövsümün çempionu “Qalatasaray” komandası səfərdə “Ankaragücü”nə 2:1 hesabı ilə qalib gəlib.

NUHÇIXAN xəbər verir ki, matçın 7-ci dəqiqəsində ev sahibi komanda hesabı açıb. Lakin bundan on beş dəqiqə sonra İstanbul təmsilçisi Sərdar Əzizin qolu ilə oyunda hesabı bərabərləşdirməyə nail olub. Otuzuncu dəqiqədə “sarı-qırmızılar” 2:1 hesabı ilə qarşılaşmada önə keçiblər. Meydan sahiblərinin heyətində Bakeri Kone topu öz qapsından keçirib. Görüşün sonlarında isə Fatih Terimin komandası Eren Derdiyokun qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb – 3:1.

Beləliklə, “Qalatasaray” komandası Türkiyə Superliqasında mövsümün ilk matçında səfərdə “Ankaragücü”nü böyük hesabla məğlub edərək üç xala sahib olub.

Avqustun 11-də çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” öz meydanında “Bursaspor”la, avqustun 12-də “Başakşehir” klubu “Trabzonspor”la, “Beşiktaş” isə “Akhisarspor”la qarşılaşacaq.

Xatırladaq ki, avqustun 5-də “Qalatasaray” Türkiyə Superkuboku uğrunda oyunda “Akhisarspor”a penaltilər seriyasında məğlub olmuşdu.

Qeyd edək ki, cari mövsümdən Türkiyə çempionatında mübahisəli epizodlarda videonəzarət sistemindən (VAR) istifadə edilməyə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: