Qanunsuz balıq ovu ilə məşğul olanlar cərimələnib

2. 921

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Kolanı kənd sakinləri saxlanılıb.

Şahbuz Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əraziyə baxış keçirən polis əməkdaşları Kolanı kənd sakinləri Seyhun Dünyamalıyev, Elgün Bayramov, Əfrəddin Hacıyev  və Ziyarət Həsənzadənin Naxçıvançayın kənd ərazisindən keçən hissəsində  qanunsuz balıq ovladıqlarını aşkarlayıb. Onlar qanunsuz balıq ovunu gecə saatlarında generatordan alınan  cərəyan vasitəsi ilə həyata keçiriblər. Rayon Polis şöbəsi tərəfindən saxlanılan həmin şəxsləri haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yüksək miqdarda cərimə gözləyir.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: