“Qarabağ” və “Vorskla” komandalarının start heyətləri açıqlanıb

84

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 8-də saat 00:00-da başlayacaq “Qarabağ”–“Vorskla” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxacaqlar.

Aleksey Butovski adına stadionda keçiriləcək qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

“E” qrupunun digər oyunu İngiltərədə oynanılacaq. “Arsenal” klubu İngiltərənin “Sportinq” komandasını qəbul edəcək.

Üç turdan sonra “E” qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: