Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır

177

Yaşıl bibərdən daha şirin və yetkin olan qırmızı bibər yalnız yeməkləri dadlandırmaz, eyni zamanda da bədəniniz üçün möhtəşəm faydalar təmin edər.

Araşdırmalara görə, qırmızı bibər yaşıldan çox daha faydalıdır və daha çox qida maddəsi ehtiva edir.

NUHÇIXAN xəbər verir ki, bu tərəvəzlər bişirilə bildiyi kimi, çiy də yeyilə bilər. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı Çili istiotunun tərkibinə ağrıkəsici maddələr daxildir.

Qırmızı bibərin sağlamlığınıza faydaları:

– Qırmızı bibər xərçənglə mübarizədə ən böyük köməkçilərinizdən biridir. İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir.

– Qırmızı bibər antioksidantlar baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır.

– Asanca kilo vermənizi təmin edər. Bu tərəvəzlər bədən istiliyini artırar və oksigen ehtiyacı yaradar. Bu sayədə kilo vermək daha asan bir hala gəlməkdədir.

– Qırmızı bibərin içərisində olan A vitamini gözlərə, dəriyə və immun sisteminə yaxşı gəlir.

– B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə köməkçi olur.

– E vitamini hüceyrələrin ziyan görməsinə mane olur və bu sayədə xərçəng potensialını azaldır, qocalmanı ləngidir.

– Qırmızı bibərdə C vitamini və kalium da bol miqdarda var. C vitamini immun sistemini gücləndirir, kalium isə ürək əzələsinə müsbət təsir edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: