“Qualcomm” ultrasəs texnologiyası əsasında işləyən barmaq izi sensorunu təqdim edib

73

“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar üçün əsas çip tədarükçüsü olan “Qualcomm” şirkəti ultrasəs texnologiyası əsasında işləyən barmaq izi skanerini təqdim edib. “3D Sonic Sensor” sistemi ultrasəs dalğaları vasitəsilə papilyar naxışı skan edir.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni texnologiya ultrasəs dalğaları buraxaraq dəri quruluşunun “3D” modelini yaradır ki, bu da daha yüksək dəqiqlik və tanıma sürətini təmin edir. Sözügedən texnologiya nəm və çirkli əllərdəki izləri, hətta qanaxmanı tanıya bilir. Kəsilmiş barmaq və ya saxta iz vasitəsilə yeni həlli aldatmaq mümkün deyil.

Bundan başqa, geniş yayılmış tutumlu sensorlardan fərqli olaraq, “3D Sonic Sensor” ekranın alt hissəsinə yerləşdirilə bilər ki, bu da istehsalçılara qurğuların ön panelində daha çox yer saxlamaq imkanı verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: