Rusiya Federasiyasının səfiri Naxçıvana səfər edib

101

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Naxçıvana üç günlük səfərə gəlib. Rusiyalı diplomat səfər çərçivəsində muxtar respublikada rəsmi görüşlər keçirəcək. Qonaq səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olan qonağa 1990-93-cü illərdə Ümummilli liderin Naxçıvanda yaşadığı və göstərdiyi fəaliyyətlə bağlı məqamları özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Naxçıvan Dövlət Xalça Muzeyi, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksi, “Xan Sarayı ” Dövlət Tarix Memarlıq Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksini həyat yoldaşı ilə birgə  gəzən Mixail Boçarnikov qədim oğuz yurdu ilə bağlı  ilk təəsüratını  eksklüziv olaraq NUHÇIXAN-la bölüşüb və bunları deyib: Mənim Naxçıvan haqqında ilk təəssüratım onun necə qədim bir torpaq olması ilə başladı. Burada tarix sanki göz bəbəyi kimi qorunub saxlanır. Təbii ki, bu xalqın ən qiymətli dəyəridir. Mən bir neçə aydır ki, Azərbaycandayam. Öz tarixinə necə həssaslıqla yanaşmanın şahidi oluram.  Naxçıvanda isə bu ilk baxışdan və daha aydın nəzərə çarpır. Öz tarixinin dəyərli abidələrini, yadigarlarını qoruyub saxlamaq bu cür qədim svilizasiyaya və mədəniyyətə malik xalqın ən yüksək dəyəridir. Burada bir daha qeyd edirəm ki, tarixə və  mədəniyyətə həssaslıqla göstərilən sayğı diqqətimi çəkdi.  Bu həm də bu torpağın tarixdə yadigar qoyduğu abidələrinə insanların göstərdiyi bir qayğıdır. Səfərimizin qalan günlərində də inanıram ki, Naxçıvanla maraqlı tanışlığımız olacaq.

Səfər çərçivəsində rəsmi görüşlər keçirəcək Rusiyanın ölkəmizdəki  səfiri həmçinin,  Batabat iqlim kurort zonası, Ağbulaq İstirahət Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəb və bir sıra  sənaye-istehsal müəssisələri ilə tanış olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: