Rusiya Federasiyasının səfirinin Naxçıvana səfəri davam edir

129

NUHÇIXAN xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Naxçıvan Muxtar Respublikasına səfərinin ikinci günündə Naxçıvan Biznes Mərkəzində olub. Burada qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Vurğulanıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində ərzaq təhlükəsizliyi tam təmin edilib. Bu gün Naxçıvanda 372 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: