Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib

208

NUHÇIXAN xəbər verir ki, tədbirdə muxtar respublikamızda  əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində görülən mühüm işlər haqda məlumat verilib. Qeyd edilib ki, həyata keçirilən tədbirlərin nəticəsində  sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub.

Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 98 boş iş yerinin çıxarıldığı tədbirdə 10 nəfərə işə göndəriş verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: