Şəhid hərbi qulluqçuların ailə üzlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

233

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları ilə bağlı mətbuat konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını bildirib: “Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanı bu kateqoriyadan olanlara xüsusi qayğının əyani bir sübutudur”.

Mətbuat konfransında qeyd olunub ki, artıq oktyabrın 9-dan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında “Birdəfəlik ödəmə” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilər. Hərbi qulluqçunun vərəsəsi tərəfindən hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı, birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə, bank hesabı nömrəsinə dair arayış əsasında veriləcək.

Sonra nazir jurnalistləri maraqlandıran suallara cavab verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: