Şagirdlər “Ritmik muğam kompozisiyası” ilə çıxış ediblər

119

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan Şəhər “Gənclik” Mərkəzində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirləri çərçivəsində ­“Ritmik muğam kompozisiyası” adlı konsert proqramı olub.

Konsertdə Cəhri Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Hünər Əliyev, şagirdləri Əli Mehralıyev, Həsən Babazadə, Ələkbər Sadiqovun ifasında muğamlarımız maraqla qarşılanıb.

Muxtar respublikanın Əməkdar artisti Hünər Əliyev və onun şagirdlərinin ifasında “Ritmik muğam kompozisiyası” uğurlu alınıb. Bir-birini əvəz edən ritmik muğamlar tamaşaçıda xoş ovqat yaradıb. “Heyratı”, “Qarabağ şikəstəsi” və başqa mərdlik, qəhrəmanlıq ­əhval-ruhiyyəsi aşılayan muğamlar alqışlarla qarşılanıb.

Xalq çalğı alətləri ansamblının hazırladığı “Ritmik muğam kompozisiyası” tamaşaçılarda xoş ovqat yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: