Şahbuz şəhərində yeni binalar inşa olunur

266

NUHÇIXAN xəbər verir ki, 5 mərtəbədən ibarət olan  yaşayış binası  40 mənzillidir. Mənzillər 2 və 3 otaqlı olacaq. Binanın zirzəmisində ərzaq mağazası, bərbər, gözəllik salonu  və  mülki müdafiə anbarı  yerləşəcək. Gənclər ipoteka kreditindən yararlanaraq yeni yaşayış binasından mənzil sahibi ola biləcəklər.

Bundan başqa, Şahbuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan  aviakassa binasında da tikinti işləri davam etdirilir. Bina 2 mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə gözləmə zalı, bilet satış kassaları, təhlükəsizlik  və  texniki otaqlar, eyni zamanda  məlumat köşkü yaradılacaq.

İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx inşa olunacaq.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: