Şahmat Federasiyasının kuboku uğrunda birincilik başa çatmışdır

376

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparmışdır. Reqlamentə əsasən, birincilikdə çıxış edən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak etmişdir. Belə ki, oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında güclərini nümayiş etdirmişlər. Xal hesablamalarda hər qələbəyə 2, heç-heçəyə isə 1 xal verilmişdir.

“Naxçıvan” komandası keçirdiyi 7 tur ərzində bütün görüşlərini qələbə ilə başa vuraraq, Şahmat Federasiyasının kuboku uğurunda keçirilən birinciliyin qalibi olmuşlar. 10 xal toplayan “Babək” komandası birinciliyi ikinci pillədə başa vurmuşdur. Onlardan bir xal geri qalan “Ordubad” komandası isə üçüncü olmuşdur.

Sonda qalib komandalar kubokla, şahmatçılar isə diplom və medalla mükafatlandırılmışlar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov təqdim etmişlər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov federasiyanın məşqçi-müəllimləri ilə görüş keçirmiş, onların fikir və təkliflərini dinləmiş, öz tapşırıq və tövsiyələrini vermişdir.

Yarışdan sonra idmançılar Hüseyn Cavidin ev muzeyi və xatirə kompleksini ziyarət etmişlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: