“Samsung” qatlanıb-açılan smartfonu təqdim edib

99

“Samsung” kompaniyası noyabrın 7-də San-Fransisko şəhərində keçirilən illik konfransda “Infinity Flex” elastik ekranı nümayiş etdirib.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın mobil məhsulların marketinqi üzrə vitse-prezidenti Castin Denisonun sözlərinə görə, “Infinity Flex” displeyi gələcəyin smartfonları üçün bazadır.

Konfransda ekranının diaqonalı açıq şəkildə 7,3 düym (18,5 santimetr) olan qurğunun prototipi nümayiş etdirilib. “Infinity Flex” ekranlı qurğu qatlanmış vəziyyətdə smartfon, açıq vəziyyətdə isə planşet kimi işləyir. Bu, həmçinin iki ekran sayəsində mümkün olur. Qurğunun adı hələlik açıqlanmır.

Kompaniya yaxın aylarda “Infinity Flex” displeyinin kütləvi istehsalına başlayacaq. Qatlanıb-açılan ilk “Samsung” smartfonunun 2019-cu ildə satışa çıxarılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: