“Samsung” şirkəti 2019-cu ilin birinci yarısında “5G” smartfonunu təqdim edəcək

73

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti ABŞ-ın “Verizon” mobil rabitə operatoru ilə birgə 2019-cu ilin birinci yarısında “5G” texnologiyasını dəstəkləyən smartfon təqdim etməyi planlaşdırırlar.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, hər iki şirkət bu həftə Havayda keçiriləcək “Qualcomm Snapdragon” sammitində iştirak edəcək. Sammitdə beşinci nəsil şəbəkəsini dəstəkləyən “Qualcomm X50” modemi ilə təchiz edilmiş smartfonun nümayişi gözlənilir.

Bundan başqa, “Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən “Exynos 5100” adlı modem hazırlayır. Sözügedən modem, çox güman ki, “Samsung Galaxy S10” smartfonunda tətbiq ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: