Təhsildə mobil qurğuların rolu müzakirə ediləcək

84

Martın 4-dən 8-dək Parisdə UNESCO-nun təşkilatçılığı ilə təhsildə mobil qurğuların roluna dair təlim həftəsi keçiriləcək.

NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsi təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair bu təşkilatın əsas konfransıdır. 2011-ci ildən bəri hər il keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən ekspertlər toplaşacaqlar. Onlar yeni texnologiyalardan istifadə edilməklə təlimin innovativ yolları barədə fikir mübadiləsi aparacaqlar. Təlim həftəsinə simpozium, siyasi forum, seminarlar, strateji laboratoriyalar və paralel tədbirlər daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: