Tələbələrə mülki müdafiə işi ilə bağlı məlumat verilib

89

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə “Ali təhsil müəssisələrində mülki-müdafiə işinin təşkili müasir tələblərə cavab verməlidir” mövzusunda konfrans keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını öyrətməkdir.

Bundan başqa Naxçıvan Dövlət Universitetində mülki müdafiə işinin təşkilində  görülən işlərin müasir tələblərə cavab verməsinə nail olmaq, mülki-müdafiə və tibbi biliklərin əsaslarının tələbələrə öyrədilməsində universitetin çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının rolunu artırmaq olub.

Konfransın gedişində mütəxəssislər  fövqəladə halların psixoloji aspektləri, qaz təsərrüfatı, düzgün quraşdırılması və istismarı qaydaları, dəm qazı ondan mühafizə üsulları, radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı mühafizə tədbirləri, fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları haqqında dinləyicilərə ətraflı məlumat veriblər.

Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunub  və verilən suallar ətraflı şəkildə cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: