“Təşəbbüs” romanının təqdimat mərasimi keçirilib

306

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Həsənlinin “Təşəbbüs” romanının təqdimat mərasimi olub.

Təqdimat mərasimində çıxış edənlər Tural Həsənlinin şair və yazıçı kimi bundan əvvəl qələmə aldığı əsərləri ilə geniş oxucu rəğbəti qazandığını vurğulayıblar.

Detektiv janrında yazılan yeni romandakı hadisələr ölkəmizdə cərəyan edir və 10 il əvvəl baş vermiş bir cinayətin üzə çıxarılmasında xüsusi xidmət orqanlarının peşəkar və məharətli işləri öz əksini tapıb. Müəllif əsərin sonuna qədər ustalıqla oxucunu intizarda saxlamağı bacarıb.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan “Təşəbbüs” romanı müəllifin sayca 6-cı kitabıdır.

Təqdimat mərasimində çıxışlardan sonra imza mərasimi keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: