Tibb üçün yumşaq robot hörümçək yaradılıb - VİDEO

175

Harvard Universitetinin tədqiqatçılar qrupu 1 santimetr ölçüdə mikrometrik xüsusiyyətli yumşaq robotlar ərsəyə gətirməyə imkan verən kompleks proses hazırlayıblar. Yeni texnologiyanın imkanlarının nümayiş etdirilməsi üçün alimlər Avstraliyanın tovuzquşu hörümçəyidən (Maratus volans) ilhamlanaraq robotlaşdırılmış yumşaq hörümçək düzəldiblər.

NUHÇIXAN  www.naukatv.ru resursuna istinadən yazır ki, tədqiqatçılar qrupu tərəfindən birlikdə yumşaq hörümçək materialının əsasını təşkil edən 12 qat elastik silikonun yaradılması üçün “MORPH” (Microfluidic Origami for Reconfigurable Pneumatic/Hydraulic) texnologiyasından istifadə edilib.

Məlumata görə, hər qat lazer mikroemal metodu ilə şablon üzrə kəsildikdən sonra hamısı üçölçülü yumşaq hörümçək strukturunda birləşdirilib. Bu aralıq strukturunun hazır konstruksiyaya çevrilməsi üçün açar qismində hər ayrı qata inteqrasiya edilən içiboş mikromaye kanallar şəbəkəsi çıxış edir. Kanallar şəbəkəsi elə işləyir ki, material bərkiyən zaman boşluqda qeydə alınan həm ayrı-ayrı qatlar, həm də onlarla birləşənlər lokal şəkildə son konfiqurasiyaya bükülürlər. Beləliklə, yumşaq hörümçəyin dəyirmi qarnı və onun ayaqlarının azalan bükülmələri daimi olur.

Mütəxəssislərin sözlərinə görə, “MORPH” tədqiqatçılar qarşısında tibb üçün nəzərdə tutulan yeni yumşaq robot texnikası sahəsi aça bilər. Bu robotların ölçüləri və elastikliyi endoskopiya və mikrocərrahiyyə üçün tapıntı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: