“Toyota” şirkəti cari ilin birinci yarısında rekord miqdarda satış barədə məlumat yayıb

97

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti sentyabr ayınadək olan son altı ay ərzində rekord miqdarda satış barədə məlumat yayıb. İstehsalın artmasına səbəb kimi isə Çində və Asiyanın digər ölkələrində artan yüksək tələbat göstərilir.

NUHÇIXAN xəbər verir ki, hesabat dövründə ümumi satış həcmi 14,6 trilyon yen və ya 130 milyard dollar təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz çoxdur.

Şirkətin əməliyyat gəlirləri 11 milyard dolları keçib ki, bu da yen ilə ifadə də 15 faizdən çoxdur.

Şimali Amerikada da satışın artdığı, lakin polada və digər materillara sərf edilən məsrəflərin gəliri üstələdiyi bildirilir.

Şirkət cari maliyyə ilində satışın təqribən 260 milyard dollara çatacağını proqnozlaşdırır. Bu isə öz növbəsində il ərzində təmiz gəlirin 20 milyard dolları ötəcəyi barədə proqnoz verməyə əsas yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: