Turizmdə yeni trend – astroturizm

102

Müasir dünyamızda gecə işıqlandırmaları o qədər geniş əraziləri əhatə edir ki, əksər insanlar, xüsusilə də şəhər əhalisi gecələr səmada ulduzları seyr edə bilmir. İşıq çirklənməsi adını alan bu vəziyyət artıq dünyanın əksər ərazilərində müşahidə edilir və təbii gecə qaranlığına bürünmüş ərazilərin sayı getdikcə azalır.

NUHÇIXAN xəbər verir ki, Avstriyada “Nightflight” adlı fotoqrafçılar qrupu özləri də bilmədən yeni turizm trendinin əsasını qoyublar. 2014-cü ildən başlayaraq Vyanadan 35 kilometr hava məsafəsində yerləşən Qrosmuql ərazisinə ulduzlu səmanın fotosunu çəkmək istəyənlər üçün turlar təşkil edən qrup qısa zaman içində geniş marağa səbəb olub. Hər tərəfi təpəlik landşaftla əhatələnmiş Qrosmuql həm peşəkar, həm də həvəskar fotoqraflar və astronomlar, eləcə də gecə səmada ulduz və Kəhkəşanı seyr etmək istəyən insanlar üçün maqnitə çevrilib. Qrupun rəhbəri Karoline Mrazek bildirib ki, paytaxt Vyanaya yaxın olan bu ərazi insanların gəliş-gedişini asanlaşdırır və perseydon yağışı, komet axını və ya ay tutulmaları olan gecələrdə yüzlərlə insan Qrosmuqla üz tutur.

Qeyd edək ki, işıq çirklənməsi insan orqanizmində gecə-gündüz ritmini tənzimləyən melatonin hormonuna mənfi təsir göstərir, eyni zamanda, gecə aktiv olan heyvanlar səmtləşmə instinktini və həmçinin bir sıra bitkilərin də fəsil dəyişimi ritmini pozur. Hazırda ABŞ-da ölkə ərazisinin 80 faizi, Avropada isə 99 faizində əhali orta və yüksək həddə işıq çirklənməsinə məruz qalmış səma altında yaşayır.

Avstriyalı fotoqrafçıların layihəsi artıq beynəlxalq əks-səda doğurub və dünyanın müxtəlif ölkələrində oxşar layihələr getdikcə artmaqdadır. Qeyd edilir ki, astroturizm aydın gecə səması altında gəzmək və ya rəsədxanalara baş çəkmək formasında həyata keçirilir. Eyni zamanda, turizmin bu qolu ekoloji turizm sayılır, çünki insanlar təbiətlə təmasda olur, regional turizmə də dəstək göstərirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: