“Türk dillərinin milli korpusları” monoqrafiyası çapdan çıxıb

73

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudovun “Türk dillərinin milli korpusları” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri akademiklər Telman Əliyev, Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, professorlar Nadir Məmmədli, Sayalı Sadıqova, filologiya üzrə elmlər doktorları Kamilə Vəliyeva və İlham Tahirovdur.

Kitab dilçiliklə dəqiq elmlərin (kibernetika, riyaziyyat, proqramlaşdırma, statistika və s.) qovuşma nöqtəsində yaranmış və sürətlə inkişaf etməkdə olan yeni dilçiliyə – korpus dilçiliyinə həsr olunub.

Monoqrafiyada dil korpuslarının qurulması, mətnlərin toplanması və yerləşdirilməsi, eləcə də korpus materialından tədqiqat prosesində müxtəlif məqsədlərlə istifadə olunması məsələləri şərh olunur, Azərbaycan dilinin milli korpusunun yaradılması ilə bağlı aparılmış işlər barədə məlumat verilir.

Yeni nəşr nəzəri və tətbiqi dilçiliyin ən yeni sahələri və aktual problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: