Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab nəşr edilib

75

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab çap olunub.

Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Milli Qəhrəmanın şərəfli həyat yolu şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” adlı romanla türkiyəli oxuculara təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.

“Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan “Ferize. Kanlı Yanvar” adlı kitab ərsəyə gətirilmişdi.

Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.

Qeyd edək ki, iyunun 19-da Türkiyənin İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Həmçinin yaxın vaxtlarda Bakı şəhərində kitabın təqdimat mərasiminin təşkili planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: